Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

ABŞ-dan ruslara yeni SANKSİYALAR

08 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Birləşmiş Ştatlar “Birinci Kanal”, “Rossiya-1” və NTV telekanallarına qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib.

Press.az redaktor.az-a istinadən xəbər verir ki, bu barədə bazar günü ABŞ administrasiyasından məlumat verilib.

Məlumata görə, Birləşmiş Ştatlat Rusiyanın 33 vətəndaşına qarşı sanksiya tətbiq edib. Sanksiyalar siyahısına həmçinin Rusiyanın 22 şirkəti, habelə bu ölkənin bayrağı altında üzən bir sıra gəmiləri salınıb.

Maliyyə Nazirliyinin açıqladığı sənədə əsasən sanskiyalar siyahısına Rusiyanın bəzi bankları da salınıb.

ABŞ eləcə də Rusiyaya qarşı ixrac nəzarəti tətbiq edib.

Oxşar xəbərlər
OTACI