Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

ABŞ-ın birinci xanımı Ukraynaya gizli səfərinin məqsədini açıqlayıb

08 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

ABŞ-ın birinci xanımı Cill Bayden Ukraynanın Ujqorod şəhərini ziyarət etdikdən sonra Beynəlxalq Analar Günündə ukraynalı analar və onların uşaqlarının yanında olmaq istədiyini söyləyib.

Press.az report-a istinadla xəbər verir ki, bu barədə o, tviter hesabında yazıb. Cill Bayden qeyd edib ki, son bir neçə ayda həddən artıq ukraynalı evlərini, yaxınlarını tərk etməli olub.

Həmçinin ABŞ-ın birinci xanımı nə üçün Rumıniya və Slovakiyadakı ukraynalı qaçqınlarla görüşlərlə məhdudlaşmadığını, təhlükəyə baxmayaraq, Ukraynaya getmək qərarına gəldiyini izah edib.

"Ümid edirəm ki, burada olmaqla onların gücü və möhkəmliyinin dünyaya nə qədər ilham verdiyini çatdıra və onlara tək olmadıqlarını xatırlada bilərəm", - Cill Bayden vurğulayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Cozef Baydenin xanımı bugünlərdə Ukraynaya gizli səfər edib. Yerli mətbuatın məlumatına görə, Cill Bayden Ujqorodda Ukraynanın birinci xanımı Yelena Zelenski ilə görüşüb. Onlar Ujqorodda Ukraynanın hərbi əməliyyatların davam etdiyi ərazilərdən məcburi köçkün düşən insanların məskunlaşdıqları məktəbə baş çəkiblər. Məlum səbəblərdən Ujqorod səfəri elan olunmayıb, mümkün qədər məxfi saxlanılıb və media üçün qapalı olub. Görüşdə yalnız Ağ Evin mətbuat xidməti iştirak edib.

Hazırda Cill Bayden Ukrayna ərazisini tərk edib.

Oxşar xəbərlər
OTACI