First slide

"Əsas məqsədimizə nail olmadıq" - Poçettino

08 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

PSJ-nin baş məşqçisi Maurisio Poçettino Paris klubunun 2021/2022 mövsümünün yekunları ilə bağlı fikirlərini bölüşüb.

Press.az "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, o deyib : “Bu mövzu haqqında danışmaq çox çətindir. İlyarım əvvəl komandanı qəbul edəndə əsas məqsəd Çempionlar Liqasını qazanmaq idi. Bu məqsədə nail olmadığımız üçün bütün mövsümü dəyərləndirmək çətindir. Ancaq klub tarixində 10-cu dəfə çempion olmaqdan məmnunuq. Milli titul həmişə əhəmiyyətlidir".

Xatırladaq ki, Çempionlar Liqasının 2021/2022 mövsümünün 1/8 final mərhələsində PSJ “Real"a ümumi  hesabda 2:3  (1:0, 1:3) uduzaraq turnirlə vidalaşıb. Komanda Fransa Liqa-1-də isə çempionluğu rəsmiləşdirib.

Oxşar xəbərlər
OTACI