Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Bu, istədiyimiz nəticə deyil" - Klopp

08 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Liverpul"un baş məşqçisi Yurgen Klopp İngiltərə çempionatının 36-cı turunda "Tottenhem"lə 1:1 hesablı heç-heçə etdikləri oyun haqda danışıb.

Press.az BBC-yə istinadən xəbər verir ki, o, matçın çətin keçdiyini deyib: "Amma mən futbolçularımın növbəti mövsüm Çempionlar Liqasında oynaya biləcək yüksək səviyyəli komandaya qarşı göstərdikləri oyundan çox razıyam. Onların meydanda dünya səviyyəli hücumçuları var. Rəqib qol vuranda biz sakitləşməli və təzyiqi artırmalı idik. Bu, çətin idi. Amma biz bunu bacardıq və hesabı bərabərləşdirdik. Aydındır ki, bu, istədiyimiz nəticə deyil, amma performansımızdan razıyam. Ona görə də yaxşıyam.

Dünya səviyyəli oyunçular və məşqçinin olduğu rəqibə qarşı bir həftə hazırlaşaraq oynamaq inanılmaz dərəcədə çətindir və biz üç gündən bir oynayırıq".

Qeyd edək ki, "Liverpul" hazırda Premyer Liqanın turnir cədvəlində 83 xalla birinci yerdədir. Ancaq eyni xalla 2-ci yerdə olan "Mançester Siti" bu turda "Nyukasl"a qalib gələcəyi təqdirdə, liderliyə qayıdacaq və ən yaxın izləyicisi ilə xal fərqini 3-ə yüksəldəcək. "Çelsi" 67 xalla 3-cüdür.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI