First slide

Bu ölkənin paytaxtında 9 may tədbirləri qadağan edildi

08 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Varşavanın yerli hakimiyyət orqanları Rusiyanın Polşadakı səfirliyinin 9 may tədbirləri barədə sorğusuna qarşı çıxıb.

Press.az xəbər verir ki, bu barədə Varşava meri Rafal Tşaskovski bəyanatla çıxış edib.

“Rusiya səfirliyi Varşavada mayın 9-unu qeyd etmək istəyir və dəstək üçün Polşa Xarici İşlər Nazirliyinə müraciət edib. Mən bunun qəti əleyhinəyəm”, - deyə o, bildirib.

Mer vurğulayıb ki, Polşanın heç bir dövlət qurumu bu təşəbbüsdə iştirak etməməli, üstəlik, analoji tədbirlərə qadağa qoyulmalıdır.

Oxşar xəbərlər
OTACI