Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Gözəlliyin keşiyində dayanan bitki

08 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Diyetoloq, tibb elmləri doktoru Mixail Qinzburq hesab edir ki, ispanaq gözəlliyi və gəncliyi qoruyan faydalı bitkidir. 

Press.az Publika.az-a istinadən xəbər verir ki, həkim ispanaq yarpaqlarının kalsium və C vitamini ilə zəngin olduğunu deyib. 

“Bu, kollagen sintezini gücləndirir və dərini daha elastik edir. Bundan əlavə, ispanaq dərinin vəziyyətinə müsbət təsir göstərən çox miqdarda A vitamini ehtiva edir. İspanaq regenerasiya prosesləri üçün son dərəcə vacib olan fol turşusunun mənbəyidir. O, insan orqanizmini cavanlaşdırır və onun çatışmazlığı anemiyanın ağır formalarına gətirib çıxara bilər”, - Qinzburq vurğulayıb.

Mütəxəssis onu da qeyd edib ki, ispanaq orqanizmdə damarları və sümük toxumasını gücləndirməyə kömək edə bilər və onun tərkibində olan K vitamini ateroskleroz zamanı damarların zədələnməsinin qarşısını alır.

Oxşar xəbərlər
OTACI