Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Özünə xəsarət yetirib ölən şəxslə bağlı RƏSMİ AÇIQLAMA

08 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

May ayının 7-də saat 17:50 radələrində Şəmkir rayon sakini olan bir qadın Rayon Polis Şöbəsinə müraciət edərək tanışı Arzu Cabbarov tərəfindən təhqir olunaraq döyüldüyünü bildirib və kömək istəyib.

Press.az xəbər verir ki, DİN regional mətbuat xidmətindən verilən məlumata görə, müraciət ilə əlaqədar polis əməkdaşları dərhal hadisə yerinə gedib.

Həmin qadın ilə A. Cabbarovun mübahisəsinin davam etdirklərini gördükdə vətəndaş A. Cabbarov ilə profilaktiki söhbətlər apararaq onu sakitləşdirməyə çalışıb.

Lakin A. Cabbarov öz aqressiv hərəkətlərini davam etdirərək polisin qanuni tələblərinə tabe olmayaraq evin qapısındakı pəncərənin şüşəsini sındıraraq həmin şüşə ilə sol qolunun dirsək bükümünü kəsib.

Polis əməkdaşları dərhal ona ilkin tibbi yardım göstərərək Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırmışdır. Arzu Cabbarov dərhal əməliyyat edilsədə əməliyyatdan az sonra vəfat edib.

Hazırda fakt Daxili İşlər Nazirliyinin və Respublika Baş Prokurorluğunun diqqətindərir, araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər
OTACI