First slide

Malayziya Rusiya ilə danışıqları təkzib edib

08 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Malayziyanın xarici işlər naziri Seyfuddin Abdulla “Aeroflot” aviaşirkətinin birbaşa reyslərinin açılması, eləcə də elektron məhsulların ixracı ilə bağlı Rusiya tərəfi ilə danışıqların aparılması barədə məlumatı təkzib edib.

Press.az xəbər verir ki, bu barədə Malayziyanın xarici işlər naziri Seyfuddin Abdulla məlumat verib.

“Mən bu məsələlərə aydınlıq gətirmək istəyirəm, çünki anlaşılmazlıqlar yarana bilər və Malayziyanın maraqlarına toxuna bilər. Malayziya beynəlxalq ticarətlə məşğul olan bir dövlət olaraq xarici avişirkətləri qəbul etməyə açıqdır.

“Aeroflot”un reyslərinin açılması ilə bağlı danışıqlar aparılmır. Bundan əlavə, yarımkeçiricilər və elektronikanın Rusiyaya ixracı imkanları heç vaxt müzakirə olunmayıb”-deyə, nazir əlavə edib.

Oxşar xəbərlər
OTACI