Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Yeniyetmələr arasında kriminal aləmə maraq niyə artıb? - VİDEO

07 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün onların danışıq tərzləri, hərəkətləri kriminallığa meyllik yaradır və bu da cəmiyyətdə narahatlıq doğurur.

Həmin yeniyetmələr sanki cinayətkar əməlləri doğru hesab edir, bu azmış kimi, özlərinə əhatə yaratmağa da çalışırlar.

Xezerxeber.az-ın məlumatına görə, ibtidai sinif müəllimi Rahibə Axundzadə deyir ki, belə hallara səbəb olan əsas amillər ailə daxilindəki fikir ayrılıqları və valideyinlərin yanlış yönləndirmələridir.

Valideyinlər isə yeniyetmələrdə kriminal hərəkətlərə meyli müxtəlif səbəblərlə əlaqələndirirlər.

Klinik psixoloq Aida Sübhan hesab edir ki, bu məsələdə valideynlərin, eləcə də müəllimlərin üzərinə böyük yük düşür. Psixoloq, həmçinin bir sıra filmlərdəki kriminal obrazların da uşaqların xarakterlərinə mənfi təsir etdiyi qənaətindədir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Seymur Məmmədov bildirir ki, təmsil etdiyi qurum tərəfindən bu mövzuda beynəlxalq təcrübə araşdırılıb və yeni layihələr üzərində işlənilir.

Seymur Məmmədov qeyd edir ki, Komitəyə belə uşaqlarla bağlı məlumat Daxili İşlər Nazirliyi tərəfindən göndərilir. Qanunda isə yetkinlik yaşına çatmayanların xuliqanlığına görə valideyinlərə 60 manatdan 100 manata qədər cərimə nəzərdə tutulub.

 

Oxşar xəbərlər
OTACI