Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Strongmen"lərimiz Gürcüstanda uğur qazandı - FOTOLAR

07 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanın 3 Strongmen idmançısı Gürcüstanda Kecirilən Beynəlxalq Gran-Pri turnirində iştirak edib.

Press.az xəbər verir ki, 5-6 may tarixlərində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Azərbaycan Strongmen Federasiyasının dəstəyi ilə Gürcüstanda keçirilən Beynəlxalq Gran-Pri turnirinə yollan 3 Strongmen idmançımızdan 2-si yarışın qalibi olaraq qızıl medal qazanıb. Digər idmançımız isə 5-ci yerlə kifayətlənib.

Belə ki, şəxsi çəkisi 80 kq olan idmançılar arasında Fövqəladə Hallar Nazirliyinin Əməkdaşı, Dünya, Avropa çempionu, Azərbaycan Respublikasının eləcə də, Beynəlxalq dərəcəli idman ustası olan Rövşən Xəlilov bütün rəqiblərindən güclü olduğunu sübut edərək fəxri kürsünün zirvəsinə yüksəlməyi bacarıb.

Şəxsi çəkisi 105 kq-dan çox olan idmaçilar arasında isə Humbətov Aydın da qızıl medala sahib olaraq çempion adını qazanıb.

Digər təmsilçimiz Nicat Hüseynov isə şəxsi çəkisi 105 kq-a qədər olan 14 idmançı arasında 5-ci yerdə qərarlaşıb.

Qeyd edək ki yarışda Azərbaycan, Gürcüstan, Almaniya, Estoniya, Latviya, İran, İsrail dövlətlərindən 50-dən çox idmançı işdirak edib.

Strongmen Federasiyasnin Prezdenti Bəxtiyar Quliyev qeyd edib ki, idmançılarımızı qarşıda daha möhtəbər yarışlar gözləyir.

Biz də idmançılarımıza gələcək yarışlarda uğurlar arzu edirik.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI