Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

FHN Akademiyasında Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı tədbir keçirilib - FOTO

07 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə tədbir keçirilib.

Tədbirdə FHN Akademiyasının rəisi general-mayor Baba Salayev, görkəmli tarixçi alim, tarix elmləri doktoru, professor Dilarə Seyidzadə, ali təhsil ocağının professor-müəllim heyəti və kursantlar iştirak ediblər.

Tədbir ümummilli liderin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Akademiyanın rəisi general-mayor Baba Salayev tədbiri açıq elan edərək ulu öndərin zəngin həyat yolu və ictimai-siyasi fəaliyyəti haqqında ətraflı məlumat verib. Baba Salayev qeyd edib ki, Heydər Əliyev müasir Azərbaycan dövlətinin təməlini qoyub və bununla da ulu öndərin adı milli dövlətçilik tariximizə qızıl hərflərlə yazılıb. Ümummilli lider Heydər Əliyev Azərbaycan tarixinin böyük bir hissəsi, nəhəng tarixi şəxsiyyətdir. Baba Salayev bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin irsini öyrənmək üçün Akademiyada “Heydər Əliyev Mərkəzi” yaradılıb. Bu mərkəz ulu öndərin bənzərsiz həyat yolunun səhifələrini vərəqləməyə imkan verir.

B.Salayev qeyd edib ki, mütərəqqi Heydər Əliyev siyasi kursunun mahir davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi altında Azərbaycan dünya dövlətləri arasında özünəməxsus yer tutmaqla qüdrətli bir dövlətə çevrilib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun cəmi 44 günə əbədi və əzəli torpaqlarımızı işğalçılardan azad etməsi bunun bariz nümunəsidir.

Tədbirdə çıxış edən görkəmli tarixçi alim, tarix elmləri doktoru, professor Dilarə Seyidzadə Azərbaycanın hərtərəfli tərəqqisi yolunda böyük tarixi xidmətlər göstərən, dövlət quruculuğuna əvəzsiz töhfələr verən ulu öndər Heydər Əliyevin Vətənə sədaqətindən, xalqa fədakarlıqla xidmət nümunələrindən söz açıb. O, ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixində böyük şəxsiyyət olduğunu vurğulayaraq əlavə edib ki, Heydər Əliyevin xalqın tələb və təkidi ilə yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycan dövlətçiliyi böyük təhlükələrdən xilas oldu, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsaslı dönüş yarandı. Bu gün ulu öndərin əsasını qoyduğu uğurlu siyasi kurs Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən böyük müvəffəqiyyətlə zamanın çağırışlarına uyğun davam və inkişaf etdirilir.

Oxşar xəbərlər
OTACI