Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ürəyi möhkəmləndirmək üçün 8 MÖCÜZƏVİ RESEPT

07 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Xalq təbabətində ürəyin fəaliyyətini yaxşılaşdıran, ürəyi möhkəmləndirən, damarları xolesterindən təmizləyən və onların elastikliyini artıran çox təsirli vasitələr var.

Bu vasitələrdən hər bir insan profilaktik məqsədlərlə istifadə edə bilər.

- Yemişan ürəyin fəaliyyətini yaxşılaşdırır, ürəyin ritmini tənzimləyir. 3 xörək qaşığı yemişan meyvələrin üzərinə 0,5 l qaynar su əlavə edin və 10 dəqiqə ərzində vam odda  bağlı qabda qaynadın. Sonra süzün və gündə 3 dəfə 1/3 stəkan olmaqla qəbul edin.

- 3 xörək qaşığı pişikotu, 3 xörək qaşığı boymadərən otu, 3 xörək qaşığı nanə yarpaqları 1 l qaynar suda 1 saat ərzində dəmlənilir, süzülür və gündə 3 dəfə yeməkdən 40 dəqiqə əvvəl 1/3 stəkan olmaqla qəbul edilir.

- "Cavanlıq" balzamı xalq təbabətində çox tanınmış və effektli vasitədir. Bu balzamı hazırlamaq üçün 0,5 kq sarımsaq və 2 limon (qabığı ilə) ətçəkən maşınından keçirilir, 0,5 kq bal əlavə olunur (qarabaşaq, cökə balı ən yaxşı seçimdir) və yaxşı qarışdırılır. Balzamı dərhal qəbul etmək olar. Gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı balzam qəbul edin. Balzam qurtardıqdan sonra 1 ay fasilə edin və sonra müalicəni təkrar edin. Balzamı soyuducuda minalanmış qabda saxlayın.

- 3 portağal qabığı ilə birlikdə ətçəkən maşınından keçirilir, 1/3 stəkan kətan yağı və 1/3 alma sirkəsi (təbii alma sirkəsindən istifadə edin) əlavə olunur, yaxşı qarışdırılır. Gündə 3 dəfə yeməkdən sonra 1 çay qaşığı qəbul edin. Bu vasitəni soyuducuda şüşə bankada saxlayın.

- Bu çox dadlı və faydalı vasitədir. 1 stəkan qoz, 1 stəkan qara üzüm, 1 stəkan ərik qurusu, 1 stəkan bal, 3 limon (qabığı ilə) ətçəkən maşınından keçirilir, yaxşı qarışdırılır və gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl 1 xörək qaşığı olmaqla qəbul olunur. Qarışıq soyuducuda minalanmış qabda saxlanılmalıdır.

- Propolis (arı yapışqanı) sürtgəcdən keçirilir (3 xörək qaşığı), 1/2 l qaynar su əlavə olunur və 10 dəqiqə ərzində vam odda bağlı qabda qaynadılır. Dəmləməni yeməkdən 30 dəqiqə əvvəl gündə 3 dəfə 1 xörək qaşığı olmaqla qəbul edin.

- 1/3 stəkan küncüt yağı, 1/2 stəkan bal, 3 ədəd blenderdə əzilmiş limon (qabığı ilə) yaxşı qarışdırılır. Bu vasitəni gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl 1 çay qaşığı olmaqla qəbul edin. Vasitə soyuducuda bağlı qabda saxlnılmalıdır.

- 5 dəstə cəfəri, 1/2 stəkan qoz, 2 ədəd qreypfrut blenderdə əzilir, 1/3 stəkan bal əlavə olunur və yaxşı qarışdırılır. Vasitəni yeməkdən 30 dəqiqə əvvəl gündə 3 dəfə 1 çay qaşığı olmaqla qəbul edin.

Bütün sadaladığımız vasitələr orqanizmi möhkəmləndirir və immuniteti gücləndirir./saglamolun.az/

Oxşar xəbərlər
OTACI