Kubanın paytaxtı Havana şəhərinin mərkəzindəki “Saratoqa” otelində partlayış baş verib.
Press.az metbuat.az-a istinadla xəbər verir ki, bu barədə Kuba hökuməti məlumat yayıb.
Məlumatda bildirilib ki, hadisə nəticəsində 22 nəfər ölüb, 64 nəfər zərərçəkən var, onlardan 14-ü azyaşlıdır.
Faciənin qaz sızması səbəbindən baş verməsi ehtimal olunur.