Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda dəfilə gecəsi keçirilib, Şuşaya aid milli geyimlər, araxçınlar nümayiş olunub

07 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakıda “Qarabağ Azərbaycandır! Şuşa - Ənənədən Gələcəyə” adlı böyük dəfilə gecəsi keçirilib.

Press.az report-a istinadla xəbər verir ki, tədbir Bakı Milli Geyim Evinin təşkilatçılığı ilə Daş Salnamə Muzeyində təşkil olunub.

Dəfilə 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində qazanılmış Qarabağ zəfərinə və Azərbaycan Prezidentinin elan etdiyi 2022-ci il “Şuşa İli”nə həsr olunub.

Tədbirdə Qarabağ, xüsusən də Şuşaya aid 40-a yaxın qadın və kişi milli geyimləri, həmçinin araxçınlar nümayiş olunub.

Dəfilədə dövlət qurumları, səfirliklər, ictimai, mədəni xadimlər və KİV nümayəndələri iştirak ediblər.

Oxşar xəbərlər
OTACI