First slide

Plyonka ilə bağlı suallara - Rəsmi cavab

07 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Avtomobillərin arxa yan şüşələrində örtüklərdən istifadə ilə məsələ son günlər yenidən aktuallaşıb.

Baş Dövlət Yol Polisi İdarəsi məsələyə münasibət bildirib.

Qeyd edilib ki, ölkədə tətbiq olunan standartın tələbinə əsasən, minik avtomobillərində sürücü üçün görünüşü təmin edən şüşələrin işıqburaxma qabiliyyəti küləyə qarşı şüşələr üçün 75%-dən, küləyə qarşı olmayan digər yan şüşələr üçün isə 70%-dən aşağı olmamalıdır:

"Lakin Azərbaycanın iqlim şəraiti nəzərə alınaraq hər il 1 may tarixindən 15 noyabr tarixinədək nəqliyyat vasitələrinin arxa yan şüşələrində sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə verilir.

Hazırda qüvvədə olan qanunvericiliyə görə, minik avtomobillərinin yalnız arxa şüşələrinə örtük (pərdə və plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir, küləyə qarşı qabaq və küləyə qarşı olmayan digər şüşələrə örtüklərin (pərdə və plyonkaların) çəkilməsi isə qadağandır.

Odur ki, qeydiyyat hərəkətlərinin aparılması, eləcə də, texniki baxış zamanı nəqliyyat vasitələrinin texniki vəziyyətinin və avadanlıqlarının yuxarıda qeyd edilən normalara və təhlükəsizlik qaydalarına uyğunluğu təmin olmalıdır"./milli.az/

Oxşar xəbərlər
OTACI