Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov bu ölkənin vitse-prezidenti Fuat Oktayla görüşüb.
Press.az səfirliyə istinadən xəbər verir ki, görüşdə Azərbaycan və Türkiyə arasında iqtisadi, kommersiya, texnologiya və digər sahələrdə mövcud əməkdaşlıq və yeni imkanlar müzakirə edilib.
Bundan əlavə, Şuşa bəyannaməsindən sonra ikitərəfli münasibətlərin ən yüksək səviyyəyə çatdığı vurğulanıb.
Tərəflər həmçinin Azərbaycan-Türkiyə Birgə İqtisadi Komissiyasının fəaliyyəti və həyata keçirilməsi nəzərdə tutulan işləri nəzərdən keçirib.