Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

SON DƏQİQƏ!ABŞ-ın blokladığı Azərbaycan bankının sahibi ölkəni tərk edib

06 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

ABŞ-ın fəaliyyətini blokladığı banklar siyahısına Azərbaycanda 2020-ci ildən fəaliyyət göstərən Bankoff da daxil edilib. Ondan sonra minlərlə Azərbaycan vətəndaşı bankdakı vəsaitinin taleyi barəsində məlumat ala bilmir.

Qeyd edək ki, Bankoff  ABŞ tərəfindən bloklanan ilk Azərbaycan bankıdır və bank rəsmi olaraq bloklandığını təsdiq edərək müştərilərindən üzrxahlıq edib.

Bəs ABŞ-ın Azəbaycan bankını bloklamasına nə səbəb oldu?

Mövzu ilə bağlı açıqlama verən START UP üzrə layihə meneceri, ekspert Cəmil Hüseynzadə bildirib ki, Bankoff START UP layihəsi əsasında yaranmış milli onlayn bankdır.


“Bank bir ildən çoxdur ki, online olaraq fəaliyyət göstərirdi. Mobil tətbiq əsasında çalışırdı. Fəaliyyəti təkcə Azərbaycana deyil, bütün qlobal dünyaya fokuslanmışdı”.

Ekspertin sözlərinə görə Rusiyanın böyük banklarına sanksiya tətbiq olunduqdan sonra onlar alternativlər axtarmağa başladılar.

Bu alternativi isə online Azərbaycan bankı olan Bankoff öz üzərinə götürdü və ondan sonra olanlar oldu:

“Son zamanlar Bankoff-a Rusiyadan xeyli visa və mastercard sifarişləri gəlməyə başladı və bu ölkədə yaşayan müştəriləri vasitəsilə bankın gəlirləri birə-beş artdı. Məhz Rusiyanın bloklanan şirkətləri ilə əməkdaşlıq etdiyi və Rusiya vətəndaşlarına xidmət göstərdiyi üçün Amerika online fəaliyyət göstərən Azərbaycan Bankının fəaliyyətini blokladı. Aprel ayının sonu və may ayının əvvəlində şirkət bloklandığnı açıqlamağa başladı. Bloklanma isə bankın xidmətlərindən istifadə edən bütün şəxslərə şamil edilir”.

Əldə etdiyimiz məlumata görə, bank Elmir Əliyev adlı şəxsə məxsusdur. Bankın fəaliyyəti bloklandıqdan sonra Elmir Əliyev bütün əlaqə nömrələrini və sosial-media hesablarını donduraraq  Azərbaycanı tərk edib.

Mövzu ilə bağlı Rəqəmsal İnkişav və Nəqliyyat Nazirliyinin, o cümlədən Bankoff rəsmilərinin mövqelərini dərc etməyə hazırıq.

//Bizim.Media

Oxşar xəbərlər
OTACI