First slide

Pensiya yaşının 70-ə qaldırılmasını təklif edən partiya sədrindən yeni açıqlama: Xalqın oxumaqla...

06 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu pensiya yaşı ilə bağlı çıxışının müzakirələrə səbəb olmasına münasibət bildirib.

A.Şakiroğlu sosial şəbəkədə yazılan şərhlərdən təəssüfləndiyini qeyd edib.

“Şərhləri oxudum, yazanların yerinə xəcalət çəkdim və anladım ki, bizim xalqın oxumaqla arası yoxdur! Yazılan bütün şərhlər başlığı oxuyaraq yazılmış fikirdən ibarətdir. Şərh yazmazdan öncə mətni oxumaq lazım idi. O zaman anlayardınız ki, mən əksinə könüllü pensiya yaşının 65-dən 60 salınmasını təklif etmişəm. İşləmək istəyənlərə isə şərait yaradılmasının zəruriliyini qeyd etmişəm. Oxumadan, bilmədən şərh yazanlara səslənirəm: Oxumadığınız, məzmununu dəqiq bilmədiyiniz yazılara şərh yazmaq məcburiyyətində deyilsiniz” – partiya sədri qeyd edib.

//Pravda.az

Oxşar xəbərlər
OTACI