Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Xəstəliklərin dəhşətli statistikası: 71 faiz insanın ölüm səbəbi açıqland

06 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM ) 17 may – Ümumdünya Arterial Hipertoniya ilə Mübarizə Günü və qeyri-infeksion xəstəliklərin profilaktikası üzrə Azərbaycanda keçirilən maarifləndirici kampaniya ilə bağlı mətbuat konfransı keçirilib.

Nazirlikdən verilən məlumata görə, kampaniyanın əsas məqsədi insanların həyat tərzlərini dəyişmələri, qan təzyiqinə və qanda şəkərin səviyyəsinə nəzarət etmələrinə yönəlib.

Tədbirdə giriş sözü ilə çıxış edən İSİM-in direktor müavini Rahib Məmmədov Səhiyyə Nazirliyi və ictimai səhiyyə mütəxəssisləri tərəfindən əhali arasında daim təşviqat aparıldığını vurğulayaraq, insanlara öz sağlamlıqlarına məsuliyyətlə yanaşmağın vacibliyini bildirib.

İSİM-in səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov, Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri Üzeyir Rəhimov və digərləri qeyri-infeksion xəstəliklərin müasir dövrün, cəmiyyətin problemi olduğunu nəzərə çatdırıblar:

“Dünyada 41 milyon insan məhz qeyri-infeksion xəstəliklərdən vəfat edib. Bu, qeydə alınan bütün ölüm hallarının 71 faizi deməkdir. Xəstəlikləri yaradan əsas səbəblər isə zərərli vərdişlərdir, tütünçəkmədir, spirtli içkilərdən sui-istifadədir, qeyri-sağlam qidalanma və fiziki passivlikdir”.

Sonda KİV nümayəndələrinin sualları cavablandırılıb və qeyri-infeksion xəstəliklərin profilaktikası istiqamətində İSİM tərəfindən hazırlanan maarifləndirici materiallar paylanılıb.

Oxşar xəbərlər
OTACI