Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Yol qəzalarından qalan “xatirələr” - Dəmir arakəsmələr niyə düzəldilmir?

06 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakı kənar dairəvi yolda dəmir arakəsmələr bərbad gündədir.

Bununla bağlı görüntülər sosial şəbəkədə paylaşılıb.

Belə ki, yol boyu müəyyən məsafələrdə bir neçə yerdə dəmir arakəsmələr yararsız hala düşüb. Aydın məsələdir ki, buna səbəb yol-nəqliyyat hadisələridir.

Lakin, aradan uzun zaman keçməsinə baxmayaraq, həmin arakəsmələr bərpa edilməyib. Sosial şəbəkə istifadəçiləri məsələyə laqeyd yanaşmanı qınayıb. 

Məsələ ilə bağlı açıqlama verəndə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, sözügedən məsələ artıq rəhbərlik tərəfindən nəzarətə götürülüb:

“Aidiyyəti şöbəyə məsələ ilə əlaqədar zəruri tapşırıqlar verilib. Yaxın günlərdə problem tam olaraq aradan qaldırılacaq”.

//Oxu.az

Oxşar xəbərlər
OTACI