Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

ABŞ Konqresindən Türkiyəyə “yaşıl işıq”

06 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Əvvəllər Türkiyəni “F-35” proqramından çıxarmaq üçün səy göstərən ABŞ Konqresinin bir sıra üzvləri Ukraynadakı hərbi münaqişədə tərəfləri barışdırmaq cəhdlərindən sonra Türkiyəyə “F-16” qırıcı təyyarələrinin satışına görə “yaşıl işıq” yandırıb.

Press.az oxu.az-a istinadla xəbər verir ki, məlumata görə, vasitəçilik səyləri Ankaraya “F-16”ların satışı ilə bağlı Konqresdə mümkün etirazları azaldıb.

Belə ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Qreqori Miks ABŞ-ın Türkiyə ilə işləməsinin vacibliyini vurğulayıb.

“Türkiyə düzgün istiqamətdə müəyyən addımlar atıb, bəzi şeylər bizi zaman-zaman narahat etsə də, Türkiyə ilə işləməli olduğumuz sahələr var”, - deyə siyasətçi bildirib.

Öz növbəsində, Senatın Xarici Əlaqələr Komitəsində respublikaçıların lideri Cim Riş deyib ki, Türkiyə “F-16”lara niyə ehtiyacı olduğuna dair etibarlı arqumentlər təqdim edib.

Oxşar xəbərlər
OTACI