Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Təhsil Nazirliyi MİDA-nın rekordunu təzələdi – Cəmi iki saniyəyə...

06 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Təhsil Nazirliyi Mənzil İnşaatı Dövlət Agentliyində (MİDA) satışa çıxarılan mənzillərin bir neçə saniyədə “satılması” rekordunu yeniləyib.

Press.az xəbər verir ki, gundem.az-ın məlumatına görə, Azərbaycan Respublikası Təhsil Nazirliyi 1-ci siniflərə qəbul sistemini açıq elan edən kimi bütün yerlərin dolduğu məlum olub. 

Məlumata görə, proses heç iki saniyə çəkməyib. Ən acınacaqlı  vəziyyət rus sektorunda yaşanıb. 

Övladını 2 saylı Xırdalan orta məktəbində rus sektorunun 1-ci sinfinə qəbul etdirmək istəyən valideynlərdən birinin saytımıza bildirdiyinə görə, sistem açılan kimi artıq yerlərin dolduğu barədə mesaj alıb. 

“Müəllim seçimi etmək mümkün olmadı. Bu, böyük narazılıq yaradıb. Bizə dedilər ki, bir neçə gündən sonra yenidən sistem açılacaq, onda da cəhd edərsiz. Bəlkə onda da yerlər dolu oldu. Bəs uşaq 1-ci sinfə getməyəcək?”, - deyə valideyn bildirib.

Oxşar xəbərlər
OTACI