Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Medvedev, Şoyqu və digər rusiyalı yüksək vəzifəlilər Ukrayna Baş Prokurorluğuna çağırılıblar

06 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ukrayna Baş Prokurorluğu Rusiyadan olan məmurların dindirilməsi üçün çağırış vərəqəsi verib.

Qurumun saytında verilən məlumata görə, çağırış vərəqələrilə şəxslərin hər biri 2022-ci il mayın 16, 17 və 18-nə təyin edilmiş dindirmələrə çağırılır.

Çağırış vərəqələrində qeyd olunan şəxslər Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev, müdafiə naziri Sergey Şoyqu, həmçinin müvafiq olaraq Dövlət Dumasının və Federasiya Şurasının spikerləri Vyaçeslav Volodin və Valentina Matviyenkodur.

Bundan əlavə, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin və daxili işlər naziri Vladimir Kolokoltsevdən Ukrayna Baş Prokurorluğuna gəlmələri istənilib. Siyahıya Milli Qvardiyanın rəisi Viktor Zolotov, həmçinin Rusiya prezidentinin Mərkəzi Federal Dairədəki səlahiyyətli nümayəndəsi İqor Şeqolev də düşüblər.

Oxşar xəbərlər
OTACI