Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Sabunçu Rayon Məhkəməsi vəkilin fikirlərinə münasibət bildirdi

06 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Vəkil Elvin Yusifov Sabunçu Rayon Məhkəməsində telefon zənglərinə cavab verilməməsi ilə bağlı narazılıq edib. Vəkil dəftəxananın nömrəsinə dəfələrlə zəng etsə də, cavab verilmədiyini bildirib.

"Yerində yoxlamaq üçün dəftərxananın qarşısından zəng etdim. Çağırır, amma nə zəng səsi gəlir, nə də telefon var. Dəftərxananın iki xanım əməkdaşından telefonun harada olduğunu soruşduqda isə cavab vermədilər. Təsəvvür edin ki, vətəndaşların ümid yeri olan məhkəmənin ümumi telefonunu vətəndaşları eşitməmək üçün gizlədiblər", - E.Yusifov deyib.

Press.az xəbər verir ki, e-huquq.az məsələ ilə bağlı məhkəmənin kütləvi informasiya vasitələri ilə əlaqələrə məsul şəxsi - hakim Adilə Paşayevə ilə əlaqə saxlayıb.

A.Paşayevə problemin məhkəməyə edilən zənglərin çoxluğu ilə əlaqədar olduğunu bildirib.

"Məhkəmə ilə əlaqə nömrəsi kimi qeyd olunan nömrə qoşa xətdir. Zənglər çox olduqda bəzən ikinci xəttə düşür. Hazırda da məhkəməyə həddindən artıq çox zənglər gəlir. Ona görə də ikinci xəttə düşən zənglər olur. Belə olan halda əlaqə yaratmaq üçün davamlı olaraq zəng edib gözləmək lazımdır. Onu da qeyd edim ki, Sabunçu Rayon Məhkəməsində iş yükü çoxdur. Hakimlərin sayı isə azdır. Bunun da müəyyən təsirləri olur. Dəftərxana əməkdaşlarının telefonu gizlətməsi ilə bağlı vəkilin iddiasına gəlincə isə, mən bu məsələ ilə maraqlandım, lakin vəkil hansı əməkdaşla danışdığını qeyd etmədiyinə görə dəqiqləşdirə bilmədim. Sadəcə mənə bildirildi ki, vəkil qəbul edilərək ona problemin səbəbləri izah olunub", - deyə o qeyd edib.

Oxşar xəbərlər
OTACI