Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanlı gənc bəstəkar qəfil VƏFAT ETDİ

06 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanlı gənc bəstəkar və söz yazarı Sahilə Qurbanova vəfat edib.

Press.az olay.az-a istinadən xəbər verir ki, uzun zamandır epilepsiyadan əziyyət çəkən sənətçi gecə yuxuda ikən dünyasını dəyişib.

S.Qurbanova sonuncu dəfə müğənni Nərmin Kərimbəyova üçün "Mənə zaman ver" adlı mahnını ərsəyə gətirib.

İfaçı da bu barədə sosial media hesabında paylaşım edib:

"Bilmirəm nə deyim, Allah rəhmət etsin kəlməsi heç yaraşmır gənc istedada. Balaların yetim qaldı. Çox heyif səndən. Heç istəməzdim buna inanım. Sən həmişə gözəl bəstələrində yaşayacaqsan. "Mənə zaman ver" mahnısı üçün həmişə minnətdar olacam. Gözəl ürəkli insan, bu mahnını sevgi ilə yaşadacam. Başqa heç nə gəlmir əlimdən. İlk dəfə eşidən kimi anladım ki, bu, mənim mahnımdır. Kaş, çox yaşayıb, çox yaradardın".

Qeyd edək ki, mərhumun iki övladı var. O, eyni zamanda Dövlət Sosial Müdafiə Fondunun əməkdaşı imiş.

Oxşar xəbərlər
OTACI