Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Həftənin futbolçusu adına namizədlər müəyyənləşdi

06 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

UEFA Avropa Liqası və Konfrans Liqasında yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.

Press.az fanat.az-a istinadla xəbər verir ki, Avropa Liqasında Şotlandiya “Reyncers”indən Ceyms Tavernye, İngiltərə ”Vest Hem”indən Deklan Rays, Almaniya “Leyptsiq”indən Kristofer Nkunku və “Ayntraxt”dan (Frankfurt) Evan N Dika ən yaxşı adına iddia edir.

Konfrans Liqasında İtaliya "Roma"sından Temmi Abraham, İngiltərə "Lester"indən Vesle Fofana, Fransanın "Marsel" klubundan Luan Peres və Niderland "Feyenoord"undan Gernot Trauner namizəddir.

Qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək.

Xatırladaq ki, Avropa Liqasının finalında “Reyncers” “Ayntraxt”la, Konfrans Liqasının həlledici matçında isə “Roma” “Feyenoord”la qarşılaşacaq.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI