Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

UEFA-nın keçmiş vitse-prezidenti dostunun əmlakını ələ keçirir

06 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Dinamo”nun keçmiş prezidenti və UEFA-nın sabiq vitse-prezidenti Qriqori Surkis müharibə dövründə ikinci dəfə Ukraynaya qayıdıb.

Press.az fanat.az-a istinadla xəbər verir ki, bu barədə “Ukrayinska Pravda”nın baş redaktoru Sevgil Musayeva sosial şəbəkə hesabından paylaşım edib.

Musayeva "Facebook"dakı paylaşımında iddia səsləndirib ki, Surkisin budəfəki səfəri həbsdə olan siyasətçi Viktor Medvedçuka kömək etməyə hesablanıb:

“Etibarlı mənbələrimdən bildiyimə görə, həbsdə olan və istintaqı davam edən Medvedçuk ona güvəndiyi üçün əmlakının bir hissəsini Surkisə “ötürməyə” ümid edir. Baxmayaraq ki, daha bir neçə iri ukraynalı iş adamı ona eyni xidmətləri təklif edirdi. Amma belə anlaşılır ki, məsələ çox həssasdır".

Qeyd edək ki, Surkis bu dəfə növbəyə durmamaq üçün sərhədi keçərkən diplomatik pasportdan istifadə edib. Keçən dəfə o, ölkədən 13 ədəd qızıl saat çıxarmaq istəsə də, buna nail ola bilməyib.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI