First slide

Rusiyada səfərbərlik elan olunacaq? - AÇIQLAMA

06 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Rusiyada səfərbərlik elan olunmayacaq".

Press.az xəbər verir ki, Dövlət Dumasının sədri Vyaçeslav Volodin bu barədə “Komsomolskaya Pravda” radiostansiyasına müsahibəsində bildirib.

O, həmçinin, Ukraynada xüsusi hərbi əməliyyatın məqsədlərindən danışaraq qeyd edib ki, Ukrayna nüvə silahından azad, bloklara qoşulmayan ölkəyə çevrilməyincə, Rusiya özünü təhlükəsiz hiss edə bilməz.

Spikerin sözlərinə görə, Ukrayna Rusiyanın bu təklifləri rədd edib:

"Bu qərar qəbul edilməyincə, biz özümüzü təhlükəsiz hiss edə bilməyəcəyik".

Dumanın sədri Rusiyanın mümkün nüvə hücumları barədə suala cavabında ölkəsinin yalnız cavab atəşi aça biləcəyini də diqqətə çatdırıb.

Oxşar xəbərlər
OTACI