Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Putin Lavrova görə Bennetdən ÜZR İSTƏDİ

05 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İsrailin baş naziri Naftali Bennet və Rusiya prezidenti Vladimir Putin telefon danışığı zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrovun mayın 1-də İtaliyanın "Rete-4" telekanalının efirində səsləndirdiyi bəyanatları müzakirə ediblər. 

Press.az TASS-a istinadla xəbər verir ki, bu barədə İsrail baş nazirinin ofisi məlumat yayıb.

Bəyanatda deyilir ki, 

"Baş nazir Lavrovun sözlərinə görə prezident Putinin üzrxahlığını qəbul edib və prezidentin yəhudi xalqına və Holokostun xatirəsinə münasibətinə aydınlıq gətirdiyinə görə ona təşəkkür edib", - ofisdən bildirilib.

Qeyd olunub ki, Bennet, İsrail Dövlətinin 74-cü Müstəqillik Günü münasibətilə təbriklərinə görə Putinə təşəkkür edib.

Oxşar xəbərlər
OTACI