Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Pensiya yaşı kişilər üçün 60 yaş, qadınlar üçün 55 yaş qəbul olunmalıdır”

05 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Kişilərin pensiyaya çıxması üçün yaş həddini 60, qadınlar üçün 55 etsək, daha optimal olar".

Bunu Milli Məclisdə "Əmək pensiyaları haqqında" qanuna təklif edilən dəyişikliklərin ikinci oxunuşda müzakirəsi zamanı millət vəkili Fəzail Ağamalı deyib.

O bildirib ki, Azərbaycanda ictimai rəy indiki pensiya yaşı həddini qəbul etmir.

Millət vəkili Əli Məsimli və Qüdrət Həsənquliyev də pensiya yaşının azaldılmasını təklif ediblər.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deputatların sual və təkliflərini cavablandıran zaman deyib ki, yeni pensiya konsepsiyası üzərində işlərə başlanıb və burada səslənən fikirlər yeni konsepsiyada nəzərə alınacaq.

Milli Məclisdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı da təqdim edilib. Daxili işlər nazirinin birinci müavini, milli koordinator Seyfulla Əzimov bildirib ki, pandemiya zamanı iş yerlərinin bağlanması insan alveri risklərini artırıb. Bu baxımdan insan alverinə qarşı mübarizə tədbirləri gücləndirilib və dövrün tələbinə uyğunlaşdırılıb.

General-leytenant Seyfulla Əzimov deyib ki, insan alveri qurbanlarından 74-ü sığınacağa yerləşdirilərək, hər birinə tibbi və psixoloji yardımlar göstərilib.

//Xezerxeber.az

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

Oxşar xəbərlər
OTACI