Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakı-Supsa kəməri ilə neftin nəqli dayandırıldı

05 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Xəzər dənizində “Azəri-Çıraq-Günəşli” (AÇG) meqastrukturunu işlədən və Böyük Britaniyanın neft nəhəngi BP-nin rəhbərlik etdiyi konsorsium Qərb istiqamətində, Bakı-Supsa marşrutu ilə Səngəçaldan Gürcüstanın Qara dənizdəki limanına neft nəqlini dayandırıb.

BP-dən verilən məlumata görə, bu marşrutla neft sonuncu dəfə aprel ayında ixrac olunub. O zaman neft Supsa limanından BP və Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus iki tankerlə daşınıb.

Güman ki, indi konsorsiumun AÇG-də hasil etdiyi neftin hamısı Bakı-Tbilisi-Ceyhan əsas ixrac marşrutu ilə göndəriləcək.

Treyderlərin fikrincə, Bakı-Supsa vasitəsilə təchizatın dayandırılması hazırda neft tankerlərinin göndərilməsində problem yaşanan Qara dənizdəki logistikanın mürəkkəbliyi ilə bağlıdır.

//Report

Oxşar xəbərlər
OTACI