Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Eynulla Fətullayev: “Mübariz Mənsimov Əfqanıstanda döyüşməyib, aşbaz olub…”

05 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bir neçə gün öncə biznesmen Mübariz Mənsimov Sovet ordusu sıralarında Əfqanıstanda döyüşdüyünü bildirmişdi.

Bu fikirləri haqqin.az saytının rəhbəri Eynulla Fətullayev bildirib.

"Müfadiə Nazirliyindən sorğuma cavab olaraq bildiriblər:

"22.03.1968-ci il təvəllüdlü, Mənsimov Mübariz Qurbanəli oğlu. 12.07.1987-14.04.1989-cu illərdə keçmiş sovet ordusunun 145 nömrəli hərbi hissəsinin hərbi qida məktəbində xidmət edib. Hərbi uçot ixtisası-Qoşun Qidasının aşbazı. Keçmiş SSRİ SQ-nin 145 nömrəli Hərbi Aşpazlar Məktəbi  Almaniyada Sovet Qoşunları Qrupunun 20-ci Qvardiya Ümumqoşun Ordusu tərkibində Finovfurt şəhərində dislokasiya olunmuşdur. Sonradan hərbi hissə RF-nin Çita vilayətinin ərazisinə köçürülmüşdür.

Hərbi xidmətdən tağım komandirinin müavini kimi çavuş rütbəsində tərxis olunub. Hazırda SHXÇDX-nın Nizami Rİ-də hərbi qeydiyyatdadır. 31 nömrəli peşə məktəbini montajçı ixtisası üzrə bitirib."

Şərhə ehtiyac varmı? Yalan danışdığına görə, aşbaz müəllim çıxıb xalqdan üzr istəsin!", deyə Eynulla Fətullayev qeyd edib.

//Demokrat.az

Oxşar xəbərlər
OTACI