Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakı metrosunda bir ayda daşınan sərnişinlərin sayı açıqlandı

05 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Aprel ayı ərzində Bakı metropoliteni güzəştli və ödənişli olmaqla 17 milyon 894 min 748 sərnişin daşıyıb.

Bu barədə“Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, bu, orta statistik hesablama ilə gün ərzində 596 min 492 sərnişin deməkdir. 

Ümumən mart və aprel aylarının iş günləri ərzində metropoliten orta hesabla gündəlik 600 mindən artıq sərnişin daşıyıb.

İstirahət günlərində isə şənbə, bazar və bayram günlərinin xüsusiyyətlərindən asılı olaraq, bu rəqəm əsasən 300-500 min civarında dəyişir.

Ümumilikdə, metropoliten gün ərzində orta hesabla yanvar ayında 480 min 8, fevral ayında 517 min 32, mart ayında 525 min 112 sərnişin daşıyıb.

Oxşar xəbərlər
OTACI