Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Sərnişinlərin DİQQƏTİNƏ: Metroda qatarların hərəkət qrafiki dəyişdi - YENİLƏNİB

05 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Nazirlər Kabineti yanında Operativ Qərargahın mərhələli qərarları ilə pandemiya şəraitində bir sıra yumşalmalar həyata keçirilir. Bununla əlaqədar Bakı metropolitenində sərnişin sayı və axınında da müvafiq artım və dəyişikliklər baş verir”.

Bu barədə “Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, verilən qərarları diqqətdə saxlayan “Bakı Metropoliteni” QSC fevral ayından başlayaraq, monitorinqləri daha da sıxlaşdırılmış qaydada və verilmiş qərarların mümkün təsirləri nəzərə alınmaqla aparır:

“Stansiyalarda sərnişin sayı, sıxlığı, axını və istiqamətləri ilə yanaşı, girişdən platformaya qədər stansiyaların yüklənməsi, qurğuların fəaliyyəti, hərəkət qrafiki və buna müvafiq olaraq ventilyatorların iş qrafiki müntəzəm monitorinqlərin əsas tərkib hissələrindəndir.

Hazırda metropolitendə aparılmış monitorinqlərin nəticəsinə uyğun olaraq, gur saatlar 7:30-9:30 və 17:30-19:30 olaraq saxlanılır. Ehtiyat qatarların xəttə buraxılması ardıcıllığının müvafiq monitorinqləri əsasında, qatarların hərəkət qrafikinə müvafiq dəyişikliklər edilib. Bu məsələlər xüsusi nəzarət altında saxlanılır və günün saatlarına görə sıxlıq, sərnişin axını və s. araşdırma parametrlərinə uyğun zərurət yarandıqda, ehtiyat qatarlar xəttə buraxılır”.

//Oxu.Az

Oxşar xəbərlər
OTACI