Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycan Rus Dram Teatrından aktyorun Ukraynaya qarşı təhqiramiz çıxışına REAKSİYA - VİDEO

05 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru Emil Atraşkeviçin videoları sosial şəbəkə istifadəçilərini hiddətləndirib.

Bu şəxs “TikTok” sosial şəbəkəsində Ukrayna xalqını təhqir edən və Rusiyanın Ukraynaya təcavüzünü dəstəklədiyi bir sıra videolar hazırlayaraq paylaşıb.

O, çəkdiyi videolarda tolerant və çoxmillətli Azərbaycanın ərazisində etnik ədavəti qızışdırır.

Yeri gəlmişkən, Azərbaycan Respublikası bütün digər dövlətlər kimi, Ukraynanın da ərazi bütövlüyünü rəsmən dəstəkləyir.

Öz növbəsində, Azərbaycan Dövlət Rus Dram Teatrının mətbuat katibi İlham Məmmədov açıqlamasında bildirib ki, Emil Atraşkeviçin “fəaliyyətindən” bir gün əvvəl, onun videoları sosial şəbəkələrdə kütləvi şəkildə yayılmağa başlayanda xəbər tutub:

“Bu barədə məlumatı yeni almışam. Biz indi bu məsələ ilə məşğuluq. Bu, düzgün deyil. Bu, Azərbaycan vətəndaşına və Rus Dram Teatrının aktyoruna yaraşmaz. Onu indi tapacam, danışarıq, o belə davranışına görə üzr istəməlidir”.

//Media.Az

Oxşar xəbərlər
OTACI