Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Lukaşenko geri çəkilir: "Biz Qərblə heç bir halda münaqişəyə girməyəcəyik"

05 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Belarus heç kimi təhdid etmir və bu barədə qəti düşünmür".

Press.az xəbər verir ki, bu sözləri Belarus prezidenti Aleksandr Lukaşenko  “Associated Press“ə müsahibəsində deyib.

O bildirib ki, ölkəsi Qərblə heç bir halda münaqişəyə girmək niyyətində deyil: "Belarus qəti şəkildə müharibənin əleyhiədir. Biz Ukraynada da müharibənin baş verməməsi üçün hər şeyi etdik, yenə da savaşın dayanması üçün çalışırıq. Ancaq Ukrayna Rusiya ilə danışıqlara maraq göstərmir və bunun səbəbi də ABŞ-dır. Mən Rusiyanın Ukraynaya nə təklif etdiyini bilirəm. Bəs niyə ərazisində faktiki olaraq müharibə, döyüşlər, insanlar həlak olan Ukrayna bu danışıqlarda maraqlı deyil? Bu sualın cavabı Vaşinqtonda tapıla bilər”.

Xatırladaq ki, bundan əvəvlki açıqlamalarında o, Qərblə hər an savaşa girə biləcəklərini bəyan edib.

Oxşar xəbərlər
OTACI