First slide

Messi "Real"ın geridönüşünə necə reaksiya verib?

05 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Argentina millisinin və "Barselona"nın sabiq hücumçusu Serxio Aquero həmyerlisi Lionel Messinin dünən "Real"ın Çempionlar Liqasının yarımfinalında "Mançester Siti" ilə cavab oyununda geridönüşünə necə reaksiya verdiyini açıqlayıb.

Press.az xəbər verir ki, yarımfinalın ilk oyununda  “Mançester Siti”yə 3:4 hesabı ilə uduzan “Real”  ikinci görüşün 90-cı dəqiqəsində hesabda 0:1 geridə olsa da, iki dəqiqə ərzində iki dəfə fərqlənib. Əlavə vaxtda Kərim Benzema penaltidən fərqlənib və komanda finala çıxıb.

Aquero "Youtube" kanalında matçı keçmiş komanda yoldaşı Carlos Teveslə birlikdə şərh edib və  həminvaxt Messidən mesaj aldığını etiraf edib. PSJ-nin hücumçusu Lionel “Real"ın göstərdiyi əzmkarlığa inana bilməyib: "Cəfəngiyyatı saxlayın! Burada nə baş verir? Mən həqiqətən buna inana bilmirəm. Özümü yaxşı hiss etmirəm” - deyə Messi Aqueroya yazıb.

Oxşar xəbərlər
OTACI