First slide

Ançelottidən ÇL rekordu

05 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində "Mançester Siti" ilə cavab görüşü "Real"ın baş məşqçisi Karlo Ançelotti üçün əlamətdar olub. 

Press.az xəbər verir ki, 62 yaşlı mütəxəssisin komandası matçda 3:1 hesabı ilə qalib gəlməklə "şəhərlilər"i 2 oyunun cəmində 6:5 hesabı ilə məğlub edib və finala yüksəlib. Nəticədə Ançelotti baş məşqçilik etdiyi komandalarla birlikdə karyerası ərzində 5-ci dəfə turnirin həlledici oyununa vəsiqə qazanıb. Bu, ÇL üçün rekord göstəricidir. 

Ançelotti Marsello Lippi, Aleks Ferqyüsson, Miqel Munoz və Yurgen Kloppu geridə qoyub. Lippi 4 dəfə "Yuventus"la, Ferqyüsson 4 dəfə "Mançester Yunayted"lə, Klopp 1 dəfə Dortmund "Borussiya"sı, 3 dəfə "Liverpul"la, Miqel Munoz isə 4 dəfə "Real"la finala vəsiqə qazanıb.  Ançelotti 3 ndəfə "Milan", 2 dəfə "Real"la birlikdə Avropanın ən mötəbər futbol turnirinin finalına çıxıb. 

Qeyd edək ki, "Real" həlledici matçda "Liverpul"la üz-üzə gələcək. Mayın 28-i Parisdəki "Stade de Frans" arenasında oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 

Oxşar xəbərlər
OTACI