Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Sumqayıtda zavodda partlayış, ölən var

05 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Sumqayıtda zavodda qaz balonu partlayıb, ölən var.

Bu barədə Press.az-a Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, mayın 4-ü saat 15 radələrində şəhər ərazisində yerləşən metaləritmə zavodunda qaynaqçı işləyən 1990-cı il təvəllüdlü Sərxan Hümmətovun iş yerində xəsarət alması və aldığı xəsarətlərdən xəstəxanada ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla müəyyən edilib ki, Sərxan Hümmətov zavodda qaynaq işləri görərəkən propan qaz balonunun partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və çatdırıldığı xəstəxanada ölüb.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI