Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ukraynanın daha 3 qırıcısı, 14 PUA-sı və... - Rusiya MN ötən günün hədəflərini açıqladı

05 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Rusiya hava hücumundan müdafiə sistemləri Ukraynanın bir Su-24-nü Zmeinıydə, bir Su-27-ni Xersonda, daha bir Su-25-ni isə Dnepropetrovsk yaxınlığında havada vurub. Bununla yanaşı, ötən gecə Ukraynanın daha bir i Bayraktar -TB2 olmaqla 14 PUA-sı sıradan çıxarılıb”.

Press.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü, general İqor Konaşenkov bugünkü brifinqdə açıqlayıb.

O bildirib ki, ötən gecə raket qüvvələri Ukrayna Silahlı Qüvvələrinin iki komanda məntəqəsini, atəş vəziyyətində olan artilleriya batareyasını, “Toçka-U” taktiki raket kompleksinin buraxılış qurğusunu da vurub: “Artilleriya bölmələri Ukrayna ordusunun 32 komanda məntəqəsini, beş sursat anbarını, 403 dayaq məntəqəsini, canlı qüvvə və hərbi texnikanın cəmləşdiyi əraziləri, həmçinin Ukrayna artilleriyasının 51 mövqeyi vurub. Nəticədə 600-dən çox millətçi və 61 ədəd silah və hərbi texnika məhv edilib”.

Oxşar xəbərlər
OTACI