Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Müdafiə Nazirliyi yaxın zamanda müəyyən məlumatlar verəcək” - Üzeyir Cəfərov

04 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Son günlər Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonu istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunda yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tuturlar.

Bundan başqa, Azərbaycanın Qarabağ bölgəsindəki separatçılar Rusiya sülhməramlı kontingentinin gözü qarşısında yeni səngərlər qazır.

Bununla paralel olaraq Ermənistan və Azərbaycan rəsmiləri ilə sülh müqaviləsinin hazırlanması ilə bağlı danışıqlar aparır.  

Maraqlıdır, Ermənistan sərhəddə atəşkəsi pozmaqla nəyə nail olmaq istəyir? Sülhməramlılar Qarabağdakı ermənilərin səngər qazmasına niyə mane olmur? Bütün bunlar Ermənistan-Azərbaycan arasında müharibə vəziyyətinə gətirib çıxara bilərmi?

Mövzu ilə bağlı danışan ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov dedi ki, ermənidən insani addım gözləmək mümkün deyil:

“Mən hər zaman demişəm ki, erməni 100 ildə keçə heç vaxt düzələn deyil. Erməni öz erməni xislətində 1905-ci ildə də, ondan əvvəlki illərdə də olub, 20-ci əsrdə də biz bunun dəfələrlə şahidi olmuşuq. 21-ci əsrdə də şahidiyik. Biz bunu görürük. Ona görə ermənidən hər hansı bir insani addımı gözləmək, bu, dənizdə fırtına zamanı dərhal havanın düzəlməsini gözləmək kimi möcüzəli bir hal olardı. Ermənistan rəsmisi Azərbaycan Respublikasının köməkçisi - Xarici əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb. Erməni nümayəndəsi Türkiyənin rəsmiləri ilə Vyanada görüşüb. Eyni zamanda, belə yaramazlıqlar edir.

Ermənilər mayın 2-dən Basarkeçər rayonu ərazisindən Kəlbəcərin Zəy kəndini atəşə tutur, eyni zamanda Xocavənd istiqamətində rus sülhməramlılarının gözü qarşısında səngər qazır. Erməni heç vaxt düzəlməyəcək. Erməni hər zaman onun-bunun əlində alət olub. Yəni Azərbaycana, Türkiyəyə qarşı istifadə etmək üçün. Bu baş verənlərə də bu kontekstdən yanaşmaq lazımdır ki, erməni 100 il də keçsə, eynidir. İndi tülkülük edirlər, bilirlər ki, ağalarının, yəni Rusiyanın vəziyyəti o qədər də yaxşı deyil. İndi çalışırlar guya Azərbaycanla, Türkiyə ilə münasibətləri yaxşılaşdırsınlar”.

Polkovnikin sözlərinə görə, ermənilər nə etsə də, heç nəyə nail olmayacaq:

“Əslinə qalsa o həmin ermənidir, həmin erməni xislətidir. Xocalıda Rusiya ilə bir yerdə başımıza od-alov yağdıran həmin ermənidir. 1990-cı ildə ordumuza qarşı namərdlik edib əliyalın insanlarımızı qətlə yetirən ermənidir. Tərtər, Bərdə, Gəncə, Yevlaxa kimi, hətta Bakıya doğru da bombardman edən həmin ermənidir. Yəni bütün bunlar bizi təccübləndirməməlidir. Heç nəyə də nail ola bilməyəcəklər. Hansısa bir uğur, nəticə əldə edəcəklərini düşünmək sadəlövhlük olar”.

Hərbi ekspert qeyd etdi ki, bu problemləri həll etməyin yolu separatçıları Qarabağdan qovmaqdır:

“Erməniləri ruhlandıran Rusiyanın orada olan sülhməramlılarıdır. Hansı ki, 2020-ci ilin 10 noyabr üçtərəfli Azərbaycan-Rusiya-Ermənistan liderlərinin imzaladıqları sənədə uyğun olaraq çoxdan bəzi işləri görməli idilər. Amma təəssüflər olsun ki, o işləri görmədilər və görmək də istəmirlər. Görmək istəmədiklərinə görə də, bu gün bu cür çətinliklər, problemlərlə baş-başa qalırıq. Bunun qarşısını almağın yeganə yolu həmin o erməni tör-töküntülərini bizim ərazimizdən uzaqlaşdırmaq, Azərbaycan vətəndaşlarını öz doğma yurd-yuvalarına - Şuşaya, Xankəndinə, Xocalıya, Xocavəndə və Ağdərəyə qaytarmaqdır. Bunun həlli yolu budur. Bütün bunlar həyata keçdikdən sonra erməni sakitləşəcək. Amma təəssüflər olsun ki, erməniyə - ilana zəhər verən kərtənkələ hələ də öz yaramaz əməllərini davam etdirir və bizim gördüklərimiz də dediklərimizin davamıdır”.

Üzeyir Cəfərov hesab edir ki, Azərbaycan Qarabağda qısa bir müddətə anti-terror əməliyyatı apara bilər:

“Böyük bir ərazimiz işğal altında idi, onda düşmənin təxribatlarına cavab olaraq 44 günlük Vətən savaşını həyata keçirtdik. Amma indi çox da böyük olmayan bir ərazidə problemlərimiz qalmaqdadır. Mən düşünürəm ki,  Azərbaycan ordusu onu qısa müddətdə həll etmək gücündədir. Elə ötən günlərdə Azərbaycan Prezidentinin xüsusi təyinatlılarla görüşü də sıradan, adi bir görüş deyildi. Həm onların yaranma tarixi idi, həm də onların Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa bir təşəkkür xarakterli bir görüş idi.

Anti-terror əməliyyatını Azərbaycan Silahlı Qüvvələri keçirəcək və bizim Daxili Qoşunlarımız da orada yerləşib asayişin təmin olunmasını həyata keçirəcəklər. Yəni bu bizim üçün elə də böyük bir çətinlik deyil.

Bizim ordumuz 44 günlük savaşdan sonra bir qədər də təcrübə, güc toplayıb, həm yeni silahlar, sürsatlar alınıb. Xüsusi Təyinatlıların komandanı general-leytenant Hikmət Mirzəyevin ölkə başçısına göstərdiyi öz istehsalımız olan əl pulemyotu da dediyimiz ən müasir silahlardan biridir. Yəni Azərbaycan ordusu kifayət qədər güclənib. Erməni nə edib? Erməni indiyə qədər Rusiyadan nəsə qalıqları alırdı, indi heç o da yoxdur. Çünki rusun özü çox bərbad bir durumdadır. Əgər bu gün Rusiya Varonejdəki saxlanc, ehtiyat yerlərindən piyadaların döyüş maşınını, 1970-ci illərin texnikasını döyüşlərə cəlb edirsə, vəziyyəti təsəvvür etmək elə də böyük çətinlik törətmir”.  

Müsahibimiz sonda qeyd etdi ki, sülhməramlıların işini biz sona çatdıracağıq:

“Azərbaycan lazım olanı edib. Yəqin ki, Azərbaycan Müdafiə Nazirliyi yaxın vaxtlarda - bu gün, sabah müəyyən məlumatlar verəcək. Azərbaycan ordusunun əsgər və zabitləri nə etmək lazımdır, bilirlər. Onlara da konkret tapşırıqlar verilib. Biz Rusiya sülhməramlılarının etmədiyi işi görüb axıra çatdırmalıyıq və çatdıracağıq”.  

// Redaktor.az

Oxşar xəbərlər
OTACI