Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Flora Kərimovanın 14 yaşında oxuduğu ərəb mahnısı yayıldı – VİDEO

01 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Xalq artisti Flora Kərimovanın 14 yaşında oxuduğu ərəb mahnısı yayılıb.

Press.az xəbər verir ki, görüntülər “retrovideo.az” adlı İnstagram səhifəsində yer alıb.

Mənbə videoya “Kim deyərdi ki, bu balaca qızcığaz böyüyəcək və əsrlərə bərabər bir şəxsiyyət olacaq” sözlərini yazıb.

Xatırladaq ki, Flora Kərimova 23 iyul 1941-ci ildə Qəbələ rayonunda dünyaya gəlib. Azərbaycanın tanınmış estrada, muğam və opera müğənisidir.

Fəaliyyətini 13 yaşından bədii özfəaliyyət kollektivlərində başlayan Flora Kərimova həmin tarixdən Azərbaycan Dövlət Filarmoniyasında və digər mədəniyyət saraylarında, dövlət tədbirlərində çıxış edib.

1950-ci illərdən Azərbaycan Dövlət Tibb İnstitutunun "Çinar" rəqs ansamblında, 1960-cı illərdə Azərbaycan Teleradio Verilişləri Şirkətinin və Azərbaycan Dövlət Filarmoniyasının solisti olub.

1964-ci ildə Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunu (indiki Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci) bitirib. 1971-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu müalicə işi üzrə tam kursu sona çatdıraraq həkim ixtisasına yiyələnib, 1977-ci ildə Bakı Musiqi Akademiyası vokal sinfini bitirib.

 

Oxşar xəbərlər
OTACI