Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qubada ədəbiyyat festivalının açılış mərasimi keçirildi - FOTO

30 Apr 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün Qubada "Sonda ədəbiyyat qalib gələcək" Beynəlxalq Silkway Ədəbiyyat Festivalının Azərbaycan turunun rəsmi açılışı olub.

Press.az xəbər verir ki, açılış mərasimində Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, millət vəkili, akademik Nizami Cəfərov, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli, Quba rayon icra başçısının birinci müavini Tariyel İbrahimov, gənc yazarlar iştirak ediblər.

Tədbirdə tanınmış şair, Qubadakı "Ay işığı"ədəbi məclisinin sədri Ramiz Qusarçaylıya 2022-ci il poeziya ilinin ən yaxşı əsərinə görə Azərbaycan Yazıçılar Birliyinin Əhməd Cavad Mükafatı təqdim edilib.

Ramiz Qusarçaylı bu mükafata "Vətən" poemasına görə layiq görülüb. Müsabiqədə iştirak etmiş 32 gənc yazara isə Fəxri fərmanlar verilib.

Oxşar xəbərlər
OTACI