Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bahar Muradova: “Bəzi qanun layihələrinin müəyyən dəyişikliklərə ehtiyacı var”

28 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Gender bərabərliyinə dair hesabat bizim səhifəmizdə yerləşdirilib. Oradan bu istiqamətdə görülən işlər və nəticələrlə tanış olmaq mümkündür”.

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Gender Bərabərliyinə dair hesabatın nəticələrinin sosial şəbəkədə müxtəlif aspektlər üzrə müzakirə edilməsinə dair suala cavab verərkən deyib.

Onun sözlərinə görə, hesabatın son bölməsində bir sıra tövsiyələr qeyd edilib:

“Bu hesabat Milli Məclisə təqdim edilib və kifayət qədər müzakirə edilib. Bəzi qanun layihələrinin müəyyən dəyişikliklərə ehtiyacı var. Bəzi fəaliyyət istiqamətlərinin təsdiqlənməsinə zərurət var. Maarifləndirmənin, effektiv icra mexanizmlərin azlığı problem yaradır. Mövcud mexanizmlərin də inkişafına, təkmilləşdirilməsinə ciddi ehtiyac var.

Bu dəyişikliklər təkcə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin istəyinə, hesabatına bağlı olan məsələ deyil. Bu istiqamətdə fəaliyyət göstərən 10-a yaxın aidiyyəti qurumlar var ki, təklif edilən dəyişikliklər digər qurumların da razılığı ilə təsdiqlənə bilər. Qanunvericiliyə dəyişikliklərlə bağlı təklifimiz artıq Nazirlər Kabinetinə təqdim edilib. Ümumi razılıq olacağı təqdirdə biz bunu Milli Məclisə də təqdim edə bilərik. Digər məsələlər artıq hər birimizin dəstəyi ilə həll edilə bilər. Hər kəs ailəsində, cəmiyyətdə, azad təhlükəsiz vəziyyətin yaranması üçün əlindən gələn töhfəni verməlidir”.

Oxu.az

Oxşar xəbərlər
OTACI