Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Pekində Azərbaycanı Əli Əhmədov təmsil edəcək

28 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Pekin-2022 Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasimində Azərbaycanı Baş nazirin müavini Əli Əhmədov təmsil edəcək. Bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Xatırladaq ki, Pekin-2022 Qış Olimpiya Oyunları fevralın 4-dən 20-dək davam edəcək. 

Qeyd edək ki, Pekin-2022 Qış Olimpiya Oyunlarının açılış mərasimində iştirak edəcək qonaqlar arasında Rusiya prezidenti Vladimir Putin, Pakistanın baş naziri İmran Xan, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan prezidenti Sadır Japarov, Tacikistan prezidenti Emomali Rahmon, Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov, Özbəkistan prezidenti Şavkat Mirziyoyev, Misir prezidenti Əbdül Fəttah əs-Sisi, Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd ibn Salman, Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani, Əbu-Dabi Şahzadəsi Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan, Polşa prezidenti Andjey Duda, Serbiya prezidenti Aleksander Vuçiç, Sinqapur prezidenti Halima Yakob, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rəhbəri Tomas Bax, BMT-nin Baş katibi Antonio Quterreş, BMT Baş Assambleyasının prezidenti Abdulla Şahid, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus da var./virtualaz.org/

Oxşar xəbərlər
OTACI