Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda yeni televiziya kanalı açıldı - AD AÇIQLANDI

28 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanda "Kanal S" adlı regional televiziya kanalı ümumrespublika yayımına başlayır. 
 
Şəkidə faəliyyət göstərən "Kanal S" telekanalı bu gün ümumrespublika yayımına start verir. 
 
Telekanal saat 15:00-dan etibarən fəaliyyətə başlayacaq. 
 
Qeyd edək ki, Şimal-qərb bölgəsini əhatə edən "Kanal–S" Televiziya Şirkəti 29 dekabr 2008-ci ildən fəaliyyət göstərir. İnzibati binası Şəki rayonunda yerləşir. Telekanal 24 saat yayımlanmaqla regional televiziyalar arasında ilkə imza atıb. 19 sentyabr 2016-cı il tarixindən etibarən "Kanal-S" olan telekanalın adı dəyişdirilərək "ARB Şəki" olmuşdur. 8 yanvar 2022-ci il tarixindən etibarən "ARB Şəki" olan telekanalın adı dəyişdirilərək yenidən "Kanal-S" olmuşdur. (azxeber)

Oxşar xəbərlər
OTACI