Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Baydenlə Zelenskinin telefon danışığında GİZLİ MƏQAM: Kiyevi bu tarixdə İŞĞAL GÖZLƏYİR?

28 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ukrayna prezidentinin sözçüsü Sergey Nikiforov sosial mediada ABŞ prezidenti Co Baydenin telefon danışığı zamanı prezident Volodimir Zelenskiyə “qaçılmaz Rusiya işğalı” barədə xəbərləri təkzib edib.

Bir müddət əvvəl CNN müxbiri, rəsmi Kiyevin adı açıqlanmayan nümayəndəsinə istinadən, öz "Twitter" hesabında ABŞ və Ukrayna liderləri arasında söhbətin "təfərrüatlarını" dərc edib. Onun sözlərinə görə, Bayden Zelenskiyə deyib ki, “yer donan kimi, fevral ayında demək olar ki, Rusiyanın Ukraynanı işğalı baş verəcək”. İddialara görə, ABŞ prezidenti həmkarına Kiyevin Rusiya hərbçiləri tərəfindən “talana bilər” xəbərdarlığını da edib. Amma bir müddət sonra Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Emili Horn da bu məlumatı təkzib edib.

"Sosial şəbəkələrdə prezidentlər Volodimir Zelenski və Co Bayden arasında danışıqların məzmunu barədə Ukraynanın guya rəsmi nümayəndəsinə istinadən məlumat yayılıb. Bu mesajlar tamamilə həqiqətə uyğun deyil" deyə Ukrayna prezidentinin sözçüsü Sergey Nikiforov yazıb .

O qeyd edib ki, düzgün məlumat yalnız Ukrayna və Amerika tərəflərinin rəsmi açıqlamalarında var. Qalan hər şey fərziyyədir. Bu təlatümlü zamanda biz sizdən məlumatlara mümkün qədər məsuliyyətlə yanaşmanızı və yalnız diqqətlə yoxlanılmış məlumatları dərc etməyinizi xahiş edirik", - sözçü əlavə edib.

Qeyd edək ki, Bayden və Zelenski arasında telefon danışığı cümə axşamı günorta olub. /metbuat.az/

Oxşar xəbərlər
OTACI