Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vuraraq öldürdü - Prokurorluq məlumat yaydı

28 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Salyan Rayon Prokurorluğu “Azərişıq” ASC-nin əməkdaşının ölümü ilə bağlı məlumat yayıb. 

Prokurorluqdan daxil olan məlumatda deyilir: "Yanvarın 27-i saat 13 radələrində Salyan rayon sakini, 1987-ci il təvəllüdlü Namus Miriyevin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. Aparılan araşdırmalarla müəyyən edilib ki, “Azərişıq” ASC-nin Şirvan Regional Enerji Təchizatı və Satışı İdarəsinin Salyan elektrik şəbəkəsinin Qaraçala şəbəkə sahəsində elektrik montyoru işləyən Namus Miriyev rayonun 1-ci Varlı kəndində elektrik naqilini təmir edərkən elektrik cərəyanı vurması nəticəsində ölüb.

Hazırda faktla bağlı Salyan rayon prokurorluğunda araşdırma aparılır".

Oxşar xəbərlər
OTACI