Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Atalıq məzuniyyəti hansı şərtlərlə veriləcək? - Açıqlama

27 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Xəbər verdiyimiz kimi, ödənişli atalıq məzuniyyətinin verilməsi qanunvericiliyə daxil edilir.

Press.az "Xəzər” TV-yə istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin mətbuat katibi Aynur Osmanqızı atalıq məzuniyyətinin verilməsi qaydalarından danışıb.

"Həyat yoldaşı doğuşa və hamiləliyə görə məzuniyyətdə olan şəxslər doğum ərəfəsində ananın doğuş üçün müraciət etdiyi xəstəxanadan arayış alacaq. Həmin tibbi arayışı iş yerinə təqdim edəcək. Sözügedən arayış əsasında iş yeri ata namizədlərinə 14 gün ödənişli məzuniyyət verəcək.

Qeyd edim ki, məzuniyyət hüququndan istifadə edən atanın məzuniyyət pulu isə standart qaydada ödəniləcək”, - o bildirib.

A.Osmanqızı əlavə edib ki, bu, bir uşaq üçün nəzərdə tutulmur, hər bir övlad üçün atalıq namizədi bu hüquqdan istifadə edə bilər.

Oxşar xəbərlər
OTACI