Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda oynamış futbolçu Ermənistan klubuna keçdi - FOTO

27 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanlı futbolsevərlərə yaxından tanış olan Yevgeni Koçuk karyerasını Ermənistanda davam etdirəcək.

Press.az xəbər verir ki, moldovalı yarımmüdafiəçi düşmən ölkənin köklü klubu olan “Pünik”lə anlaşıb. Koçuk ilyarımlıq müqaviləyə qol çəkib.

Moldova millisinin üzvünün karyerasını “Pünik”də davam etdirməsi ilə bağlı yerli azarkeşlərin ürəyincə deyil. Səbəb 28 yaşlı yarımmüdafiəçinin vaxtilə Azərbaycanda oynamasıdır.

Klubun “feysbuk” səhifəsində keçidlə bağlı rəsmi məlumat yerləşdirilib ki, şərh bölməsində azarkeşlər arasında maraqlı dialoq yaşanıb.

David Vardanyan adlı izləyicinin “dislayk” sözünə Ab Hakobyan adlı azarkeş “niyə” sualını verib. Bir başqa izləyici söhbətə müdaxilə edərək Hakobyana Yevgeninin Azərbaycanda oynadığını xatırladıb.

Və beləcə azarkeşlər arasındakı mübahisə davam edib.

Yevgeni Koçuk 2018-2021-ci illər aralığında ölkəmizdə “Səbail”, “Sabah” və “Keşlə”nin heyətində legioner həyatı yaşayıb.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI